Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yol tikintisi zamanı ikiyə bölünən obyektə görə kompensasiya ödəniləcək?
"Sözügedən obyekt işlək deyil və sahibinə kompensasiya ödəniləcək".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.
"Obyekt tikinti altına düşüb və sökülməsi nəzərdə tutulub. Buna görə obyekt sahibinə kompensasiya ödənilməsi üçün aidiyyəti üzrə müraciət olunub. Yaxın müddət ərzində obyekt sahibinə kompensasiyanın ödənilməsi təmin olunacaq
Onu da qeyd edim ki, artıq obyekt sahibi ilə söhbət aparılıb və kompensasiya məbləği barədə məlumat verilib", - deyə A.Nəcəfli bildirib.
İsmayıllı rayonunun Basqal kəndi ərazisində torpaq sürüşməsi nəticəsində ikimərtəbəli tikiliyə ciddi ziyan dəyib.
Bu barədə Oxu.Az-a məlumat verilib.
Qeyd olunub ki, yol tikintisi zamanı evin yan-yörəsi qazılıb. Bundan sonra isə yolda çökmə əmələ gəlib və torpaq sürüşməsi baş verib.
"Nəticədə Mais Ağayusif oğlu Əhmədova məxsus ikimərtəbəli tikili ikiyə bölünüb. Hazırda ərazi təhlükəli vəziyyətdədir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
"Torpaq sürüşməsi" teqi üzrə xəbərlər
- Şamaxıda çökən yolun düzəlməsi günəşli günlərə qaldı
- Türkiyədə mərmər mədənində torpaq sürüşməsi: Ölənlər var
- Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ - Aidiyyəti qurumlar əraziyə cəlb olundular
- Kəmaləddin Heydərov uçqun təhlükəsi olan yerdə
- Xətaidə sürüşmə təhlükəsi olan ərazilərdə tikintiyə niyə İCAZƏ VERİLİB?
Rəylər