44 günlük Vətən müharibəsinin iştirakçısı Abusət Əliyevin idarə etdiyi avtomobilin Samur-Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsindəki Taxtakörpü kanalına düşməsi ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza anında avtomobildə üç nəfər olub.
Məlumatda bildirilir ki, hər üç şəxs sərxoş olub. Əlavə olunub ki, qəza hansısa qərəzdən törədilməyib və ya bunun fonunda baş verməyib. Digər iki nəfər üzərək kanaldan çıxıb. A.Əliyev isə kanalda qalıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.
Kanala düşən qazi ilə bağlı YENİ TƏFƏRRÜAT: "Maşındakı üç nəfər sərxoş olub"
Məhərrəm Əliyev
Rəylər