Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Küçə və yol kənarlarında qida məhsullarını qanunsuz satan şəxslər cəzalandırıldılar
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması və qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, tədbirlər çərçivəsində Agentlik yerli icra orqanları ilə birgə Bakı şəhəri də daxil olmaqla, ölkə ərazisində küçə və yol kənarlarında, əhalinin sıx gediş-gəlişinin təşkil edildiyi digər yerlərdə qida məhsullarının qanunsuz satışı hallarına qarşı nəzarət tədbirləri həyata keçirir. Görülən tədbirlərə baxmayaraq, hələ də qida məhsullarının müxtəlif yerlərdə, küçə və yol kənarlarında heç bir normativ tələblərə əməl etmədən antisanitar şəraitdə satışa təqdim olunması hallarına rast gəlinir.
Bu istiqamətdə həyata keçirilən nəzarət tədbirləri çərçivəsində bu gün Abşeron rayonu ərazisində və Sumqayıt şəhərinin H.Əliyev prospektində yerləşən "Ordubad" market, Sülh küçəsində yerləşən "Əli-94" market, 20 Yanvar və N.Nərimanov küçələrinin kəsişməsində yerləşən "Karvan" ticarət mərkəzində, həmçinin qeyd olunan ərazilərin yol kənarı və səkilərində qanunsuz olaraq qida məhsullarının satışının qarşısının alınması üçün reydlər keçirilib. Baxış zamanı küçələrdə antisanitar vəziyyətdə, heç bir norma və tələblərə cavab verməyən şəkildə qida məhsullarının satışının həyata keçirildiyi müəyyən olunub. Qanunsuz olaraq qida məhsullarının satışını həyata keçirən şəxslərə Agentliyin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən qanunun tələbləri bir daha izah olunub və qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu cür qanunsuz fəaliyyətlərin təkrarlanmaması üçün aidiyyəti icra orqanlarına müvafiq məlumatlar verilib.
Bildirilir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə qida məhsullarının satışı insanların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Qida təhlükəsizliyi tələblərinə cavab verməyən yerlərdən qida məhsullarının alınaraq istehlak edilməsi isə tövsiyə olunmur. Qanunsuz olaraq qida məhsullarının açıq havada, antisanitar şəraitdə, heç bir mənşə sənədi və markalanması olmadan, saxlama şəraitinə riayət edilmədən satışa çıxarılması hallarına qarşı nəzarət tədbirləri Agentlik tərəfindən davam etdiriləcək və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq.
Vətəndaşlardan da bu kimi qarşılaşdıqları xoşagəlməz hallarla bağlı aidiyyəti qurumlara və AQTA-nın "1003 - Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş edilir.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- ÜHST: "Azərbaycanda yüksək patogen quş qripi xəstəliyi yoxdur"
- Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
Rəylər