İyulun 1-dən ictimai nəqliyyatda gediş haqqı 10 qəpik artırılaraq 50 qəpik olub.
Təbii ki, gediş haqqı müxtəlif ölkələrdə fərqli qiymətədir. Azərbaycanda 50 qəpik olan gediş haqqı Gürcüstanda 0,61 manat, qardaş Türkiyədə 1,3 manat, Özbəkistanda 0,23 manat, Rusiyada isə 1,36 manat təşkil edir.
Qonşu ölkələr də daxil olmaqla bir sıra ölkələr ictimai nəqliyyatda fərqli yeniliklərə imza atıblar. Məsələn, qardaş Türkiyə, Gürcüstan, Rusiya və Özbəkistanda bank kartı ilə gediş haqqını ödəmək mümkündür. Bununla yanaşı, sözügedən ölkələrdə aylıq və illik tariflər də mövcuddur. Bu tariflər ictimai nəqliyyatdan gündəlik istifadə edənlər üçün sərfəlidir.
Bəs ölkəmizdə ictimai nəqliyyatda hansı yeniliklər ola bilər?
Daha ətraflı Baku TV-nin materialında:
Metro və avtobuslarda hansı yeniliklər ola bilər?
Rəylər