Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milli Məclis sədrinin müavini: "Ala-yarımçıq sülh bizə lazım deyil"
"Dünən ABŞ prezidentinin xüsusi köməkçisi Prezident İlham Əliyevin qəbulunda olub və Baydenin məktubunu cənab prezidentə çatdırıb. Məktubda iki məsələ diqqətimi çəkdi: Azərbaycanın ərazi bütövlüyü və sülh sazişi ilə bağlı məsələ".
Oxu.Az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.
O əlavə edib ki, sülh müqaviləsini əngəlləyən Ermənistanın bəhanəsini əldən almaq üçün nəqliyyat qovşaqları ilə bağlı məsələni ayrıca mövzu kimi qəbul etsək də, Ermənistan yenə də sülhdən boyun qaçırıb:
"Dəfələrlə Prezident İlham Əliyev bəyan edib ki, sülh sazişi üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılsın. Baydenin məktubunda isə yazılıb ki, qısa zamanda sülh müqaviləsi imzalansın. Qısa zamanda necə sülh müqaviləsi imzalansın ki, bunun üçün Ermənistanda referendum keçirilməlidir. Çünki biz sülhü Paşinyanla yox, Ermənistan dövləti ilə imzalamalıyıq. Halbuki ermənilərin qaldırdığı bütün beynəlxalq məsələlərdə "Dağlıq Qarabağ" ifadəsi hələ də işlənir. Belə olan halda necə sülh müqaviləsi imzalansın?"
"Bu il fevralın 1-də Paşinyan müsahibəsində deyib ki, Azərbaycanla sülh sazişinə mane olan Ermənistan konstitusiyasındakı ərazi iddiasıdır. Yaxşı, özünüz iddia edirsinizsə, bu maddəni niyə çıxarmırsınız? Ona görə də ala-yarımçıq sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Amma bu məsələdə Azərbaycana qarşı ərazi iddiası Ermənistan konstitusiyası və müstəqillik aktından çıxarılmasa heç bir sülhdən söhbət gedə bilməz. Ona görə də bizə hüquqi təminat lazımdır. Bu da referendum yolu ilə konstitusiyanın dəyişdirilməsidir", - deyə deputat fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
Rəylər