2024-25-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Belə ki, 31 iyul-5 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5 701 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Rəylər