Bir neçə gün öncə ATV telekanalından ayrılan tanınmış aparıcı Maya İmran Novruzovanın yeni iş yeri məlum olub.
Oxu.Az-ın məlumatına görə, o, bundan sonra fəaliyyətini dövlət qurumunda davam etdirəcək.
M.Novruzova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin Media və İnformasiya təminatı şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Maya İmran Novruzova 2018-ci ildən ATV-də çalışırdı.
O, bir müddət "ATV səhər" proqramının da aparıcısı olub.
Rəylər