"Biz iki il ərzində kağızdan imtina etmək istəyirik".
Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov "e-Culture" rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərə dair ictimai təqdimatda çıxışı zamanı deyib.
O bildirib ki, özlərinə aid bütün məlumatların rəqəmsallaşdırılması üzərində çalışırlar.
"Biz bu iki ildə bizə aid olan bütün sahələrdə kağızdan imtina edib tam rəqəmsallaşdırmanın təmin edilməsi üçün çalışırıq. Bunlar icra edildikdən sonra əməliyyatların elektronlaşması ərsəyə gələ bilər".
Aygün Mirakif
Rəylər