İctimaiyyətin prokurorluq orqanlarının fəaliyyətinə marağı nəzərə alınaraq, oktyabrın 25-də növbəti "Açıq qapı günü" təşkil edilib.
Oxu.Az xəbər verir ki, Nərimanov Rayon Prokurorluğunun yeni inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.
Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.
Tədbir zamanı Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov, Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov və digər prokurorluq əməkdaşları qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı danışıb.
İştirakçılar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onlara "Elektron prokurorluq" informasiya sistemi əyani olaraq nümayiş olunub.
Sonda xatirə fotoşəkli çəkdirilib.
Rəylər