Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda altı dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər zamanı Bakıda altı dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Qeyd olunub ki, həmin dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Yoxlama zamanı Yasamal rayonunda bir, Nizami rayonunda üç, Binəqədi rayonunda isə iki dönərxananın fəaliyyətində nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Astara şəhərinin İstiqlaliyyət küçəsində yerləşən, Gülsabah Mirzəli qızı Məmmədovaya məxsus "Paşa" dönərxanasında və H.Əliyev prospektində yerləşən, Elçin İlham oğlu Bağırova məxsus "Cənub" dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, iaşə obyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin mövcud olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin normativ texniki tələblərə cavab vermədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- ÜHST: "Azərbaycanda yüksək patogen quş qripi xəstəliyi yoxdur"
- Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
Rəylər