Abşeron rayonu, Novxanı kəndinin iki küçəsi susuz qalıb.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia ediblər ki, yay başlayandan aidiyyəti quruma problemlə bağlı müraciət etsələr də, şikayətlərinə baxılmır.
Mövcud məsələ ilə bağlı Novxanı kəndində yerləşən Bağlar su idarəsindən bildirilib ki, həmin küçələrə saathesabı su verilir:
"Hazırda nasos problemi səbəbindən evlərə suyun verilməsində çətinlik yaranıb. Su problemi yaxın vaxtlarda tam aradan qaldırılacaq və sakinlər içməli su ilə tam təmin ediləcəklər".
Ətraflı süjetdə:
Novxanıda içməli su problemi yaşanır
Rəylər