2024-cü ilin iyun ayı ərzində Bakı şəhəri üzrə günvurma ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27 nəfərin müraciəti qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumat yayıb.
Onlardan 5 nəfər xəstəxanaya təxliyə olunub. 20 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə hospitalizasiyadan imtina edib.
Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında azyaşlılardır.
Rəylər