Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.
Belə ki, 9-cu sinif şagirdləri arasında beş, 11-ci sinif şagirdləri arasında isə iki nəfər oxuyub-yazmağı bacarmayan olub.
"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsindən bir nəfər, 11-ci sinif şagirdlərindən isə Cəlilabad və Qobustan rayonlarından olub", - deyə məlumatda qeyd olunub.
Rəylər