Azərbaycanda mətbuatın tarixi o qədər də qədimlərə söykənmir. 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə Azərbaycanda ilk mətbu orqanın əsası qoyulur.
Məhz buna görə də hazırda 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.
Lakin "Əkinçi" qəzetinin işıq üzü görməsi heç də asan olmayıb. Qəzetə maraq oyatmaq məqsədilə Həsən bəy Zərdabi "Əkinçi"ni geniş kütlələr arasında pulsuz yaymalı olur. Qəzetdə kənd həyatından başqa ayrı-ayrı məqalələrdə xalqımızın mədəni həyatına dair materiallar da dərc edilir.
Ən başlıcası isə Həsən bəy Zərdabi məhz "Əkinçi"nin səhifələrində milli oyanışın xüsusiyyətlərini, milli birliyi yaratmaq məsələsini qoyur. "Əkinçi"nin nəşri dayandıqdan iki il sonra Tbilisidə Azərbaycan dilində başqa bir qəzet, "Ziya" qəzeti çıxır.
1879-1884-cü illərdə işıq üzü görən bu qəzet "Əkinçi"nin ideya və ənənələrini davam və inkişaf etdirir. Öz ideya istiqamətinə görə "Əkinçi"yə ən yaxın olan qəzet "Kəşkül" qəzeti hesab edilir. 1881-ci ilin yanvarından 1919-cu ilin martına qədər işıq üzü görən "Kaspi" qəzeti "Kəşkül"ün yolunu davam etdirir.
Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağaoğlu yarandığı ilk illərdən "Kaspi"nin yükünü öz çiyinlərinə götürürlər. 1897-ci ildən etibarən "Kaspi"nin naşirliyini Hacı Zeynalabdin Tağıyev üstələnir, elə həmin dövrdən qəzetin redaktorluğunu Əlimərdan bəy Topçubaşov, sonralar isə Əli bəy Hüseynzadə icra edir.
Ətraflı Baku TV-nin araşdırmasında:
Oxucu olmadan işıq üzü görən "Əkinçi" qəzeti
Rəylər