Bakıda yaradılan yeni parklar insanyönümlülüyü ilə diqqət çəksə də, sözügedən məkanlardakı uşaq oyun meydançaları plastik materiallardan hazırlanmış yelləncəklərlə kifayətlənir.
Modern.az diqqətə çatdırır ki, oyun meydançaları uşaqların psixoloji inkişafı üzərində aşağıdakı əhəmiyyətli təsirlərə malikdir:
Sosial bacarıqların inkişafı - oyun parkları uşaqların sosial bacarıqlarını inkişaf etdirə bilir. Digər uşaqlarla oynadıqda onlarla əməkdaşlıq, oyuncaqları paylaşmaq, növbə gözləmə və mübahisə yaranarkən onu həll etmək kimi sosial bacarıqları öyrənə bilir.
Özünəgüvənmənin yaranması - fiziki fəaliyyətlər uşaqların qabiliyyətlərini kəşf etmələrinə və uğur qazanaraq o hissi yaşamalarına kömək edir.
Duyğularını idarəetmə qabiliyyətinin inkişafı - müxtəlif oyunlar uşaqlara emosiyalarını idarəetmə qabiliyyəti aşılayır. Belə ki, oyun zamanı yaşanan uğursuzluqlar və ya uğurlar uşaqlara emosional davamlılıq qazandırır.
Kreativ düşünmə bacarığının formalaşması - oyun parklarında olan müxtəlif obyektlər uşaqların yaradıcı düşüncələrini istifadə etməyə imkan yaradır.
Fiziki sağlamlıq - qaçış, dırmanma və digər fiziki fəaliyyətlər uşaqlarda fiziki qabiliyyətlər və sağlamlıq yaradır.
Müstəqillik və məsuliyyət hissinin inkişafı - oyun oynayan uşaqlar yeni şeylər kəşf edir, yeni insanlar tanıyırlar. O cümlədən bəzi oyunlar uşaqlarda risk etmək bacarığı, öz sərhədlərindən kənara çıxa bilmək qabiliyyəti aşılayır.
Ailə münasibətlərinin möhkəmləndirilməsi - ailələrin bu cür parklarda övladları ilə birlikdə vaxt keçirməsi onların sosial bağlarını gücləndirməyə də xidmət edir. Nəticədə uşaqlar psixoloji və sosial inkişafa nail olurlar.
Sözügedən bacarıqların inkişafı üçün dünya nümunəsində uşaq oyun meydançalarının salınmasının bir sıra nümunələri var.
Aşağıdakı şəkillərdə dünyanın müxtəlif yerlərində olan uşaq oyun meydançalarındakı vəziyyət təsvir olunub:
Rəylər