Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Parlamentdə Polşa prezidentinə etiraz: "Məsələyə aydınlıq gətirilsin"
"Polşa prezidenti kimi təcrübəli bir adamın düşünülməmiş addım atması hər kəsdə təəssüf və təəccüb doğurur".
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Polşa Prezidenti Andjey Dudanın Azərbaycan-Ermənistan şərti sərhədində Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Varşavadan olan heyəti ilə görüşməsinə münasibət bildirərkən deyib.
Millət vəkili Polşa prezidentinin bu addımına etiraz edərək bildirib:
"Niyə Polşanın birinci şəxsi Fransanın, Niderlandın, Kanadanın, Hindistanın Azərbaycana qarşı vaxtaşırı apardığı çirkin kampaniyaya qoşulmaq qərarına gəlib? Polşa tərəfinin bu məsələyə aydınlıq gətirməsini istəyərdik. Eyni zamanda, Azərbaycana qarşı tərəddüdlü mövqe tutan digər dövlətlər də bilməlidirlər ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti var. Dost olanlarla dostuq. Bizə qarşı münasibəti soyuq olanlara qarşı ona müvafiq addım atırıq".
Baku TV deputatın çıxışının videosunu təqdim edir:
"Milli Məclis" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 29.11.2024-ün ən mühüm hadisələri
- 35 yaşlı vəkilə parlamentdə vəzifə VERİLDİ
- Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır
- FHN-in keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi
- "Uşaq hüquqları haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib
Rəylər