Paytaxt küçələrində parklanma qaydalarını pozan sürücülər cərimələnirlər.
Xezerxeber.az xəbər verir ki, bunun üçün xüsusi texniki vasitələrdən istifadə olunur. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, xüsusi nəqliyyat vasitəsi daim paytaxt küçələrində hərəkətdə olur və üzərinə quraşdırılmış kameralar vasitəsilə düzgün park edilməmiş avtomobillərə cərimələr tətbiq edilir.
Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən xüsusi vasitə onlara aiddir və bu, pilot layihədir.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, parklanma qaydalarına düzgün əməl etməyən sürücülərə cərimələrin tətbiq olunması qanunidir.
Ekspert bildirib ki, səhv parklanmış avtomobilləri qeydə alan və xüsusi texniki vasitələrlə təchiz olunmuş avtomobil işə başlayandan sonra bu kimi hallar nisbətən azalıb.
Qeyd edək ki, parklanma qaydalarının pozulmasına görə 20 manat, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digərlərinin parklanmasına görə isə 60 manat cərimə nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Paytaxt küçələrində parklanma qaydalarını pozan sürücülər cərimələnirlər.
Rəylər