Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
4. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
6. “20 Yanvar” dairəsində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Gülarə Qədirbəyova küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
10. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Qara Qarayev prospekti, metronun “Qara Qarayev” stansiyasından “Koroğlu” stansiyası istiqamətində;
12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
13. Sabunçu-Zabrat şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Rəylər