Təhsil almaq üçün nə az, nə çox, düz 8 kilometrə yaxın yol qət edirlər. Söhbət Qazax rayonunun Məzəm və Abbasbəyli kəndlərində yaşayan şagirdlərdən gedir. Bu kəndlərin sakinləri övladlarını təhsil almaq üçün Alpout kəndinə göndərirlər. Nəticədə şagirdlər hər gün kilometrlərlə yol getməli olurlar.
"Məktəbə getmək üçün 1-2 saat piyada yol gedirəm" , - deyə bir məktəbli bildirib.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, Abbasbəyli və Məzəm kəndlərində fəaliyyət göstərən təhsil müəssisələri yalnız ibtidai təhsil səviyyəsi üçün nəzərdə tutulub:
"Orta təhsil səviyyəsi üzrə şagirdlər təhsillərini adıçəkilən kəndlərə bitişik Alpout və Quşçu Ayrım kəndlərindəki təhsil müəssisələrində davam etdirirlər. Həmin məktəblərə yaxın ərazilərə qədər ictimai nəqliyyat fəaliyyət göstərir".
Ətraflı Baku TV-nin süjetində:
Qazaxlı şagirdləri çətin vəziyyətdə qoyan məktəb yolu
Rəylər