Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qəzaların tez-tez baş verdiyi prospektdə 120-dən çox işıqfor quraşdırıldı
Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi 8 Noyabr prospektində piyada və sürücülərin təhlükəsizliyi məqsədilə yeni işıqforlar quraşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 8 Noyabr prospektinin müxtəlif hissələrində ümumilikdə 70 avtomobil, 48 piyada işıqforları quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.
Həmçinin, layihə çərçivəsində mərkəzin əməkdaşları tərəfindən prospektdə kabel-kommunikasiya xətlərinin yenilənməsi işləri də aparılıb.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)" teqi üzrə xəbərlər
- Bakıda işıqforun qırmızı işığından keçən motosiklet qəzaya səbəb oldu - ANBAAN VİDEO
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Bakının hansı küçələrində sıxlıq var? - 16.11.2024
- Bakının hansı küçələrində sıxlıq var? - 06.11.2024
- Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi
Rəylər