Hazırda yeni mövsüm çərəzlər nübar formasında bazarda özünü göstərməkdədir. Kütləvi yığım hələ başlamayıb. Aran rayonlarında çərəz bağları kifayət qədər azdır.
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, əsasən, ölkənin Şimal rayonlarında daha çox çərəz yetişir:
"Şimal rayonları isə daha çox soyuq iqlim qurşaqlarına malik olduğu üçün çərəz məhsulları ən azı payız aylarında tam yetişməyə başlayır. Dediyim kimi, hazırda bazarda nübar şəklində satılır. Qiymətlər o qədər də baha deyil, orta qiymətlər nəzərdə tutulub. Onu da qeyd edim ki, Azərbaycanda çərəzə tələbat soyuq aylarda daha çox olur. Hələ ki bazarda çərəz qiymətləri necə performans göstərəcək indidən demək çətindir. Yəqin ki, builki qeyri-sabit və əlverişsiz hava şəraiti çərəz bağlarına da təsir edib. Hesab edirəm ki, bu il bazarda çərəz məhsulları qıt ola bilər. Halbuki Azərbaycanda çərəz məhsulları yerli tələbatdan 30 % artıq istehsal olunur. Ola bilər ki, qiymətlər bir az qalxsın və biz idxalı azaldaq".
Rəylər