Mayın 20-si saat 19:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Gədəbəy, Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astarada arabir yağış, Şahdağda isə qar yağır.
Yağan leysan yağışlar nəticəsində saat 19:00 radələrindən Ağsu rayonu ərazisindən axan Ağsuçaydan sel keçir.