Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rezidenturaya qəbul üçün müsabiqənin nəticələri elan olunub
Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 704 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 577 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 23-ü günün ikinci yarısından etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olanlar 28 avqust saat 11:00-dan 6 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında veriləcək.
"Azercell" teqi üzrə xəbərlər
- Fakturalı xətt istifadəçisi xaricdə 548 manatlıq borca düşüb?
- "Azercell"dən "Möhtəşəm Cümə" endirimləri
- "Azercell" "Tələbələrin Akselerasiya Proqramı" üzrə layihə tərəfdaşı qismində çıxış edir
- "Azercell Biznes" rəqəmsal sənədləşmə imkanını təqdim edir
- "Azercell" COP29-un telekommunikasiya tərəfdaşıdır
Rəylər