"İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə avqust ayında "Sağlam qidalanma təlimləri" adlı tədbir keçirəcək.
"Report" xəbər verir ki, bu barədə "İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin sədri Emil Əkbərov məlumat verib.
O bildirib ki, son illər dünyada yayılan pandemiya qida təhlükəsizliyi mövzusunu daha aktual etməklə bərabər, insanları daha diqqətli olmağa vadar edib:
"Qida təhlükəsizliyi anlayışı insanların qidaya olan ehtiyaclarını, o cümlədən onların qida üstünlüklərini təmin edən qidanı həm fiziki, həm də iqtisadi baxımdan əldə edə bilmək imkanını özündə ehtiva edir. Bu mənada, "Sağlam qidalanma təlimləri" adlı layihənin reallaşdırılması zəruridir".
Rəylər