Məktəblərin açılmasına az vaxt qaldıqca valideynlərin təlaşı daha da artır.
Onların qayğılarından biri də məktəbli formaları və onların qiyməti ilə bağlıdır.
Bakı Tikiş Fabrikinin (BTE) satış müdiri Etibar Əzimov qiymətlərlə bağlı bildirib ki, keçən ilə nəzərən bu il məktəbli formaları endirimli qiymətlərlə alıcılara təqdim olunur.
Satış müdiri geyimlərin keyfiyyəti ilə əlaqədar vurğulayıb ki, formaların materialları Türkiyədən və Belarusdan alınır və sertifikatı mövcuddur.
Etibar Əzimov, eyni zamanda, valideynləri forma alarkən diqqətli olmağa çağırıb.
Belə ki, hazırda saxta geyimlər mağazalarda geniş yayılıb.
Bəs məktəbli formasını alarkən onun saxta və ya orijinal materialdan olmasını necə ayırd etmək olar?
Daha ətraflı "APA TV"nin süjetində:
Saxta və orijinal məktəbli formalarını necə ayırmaq olar?
Rəylər