"Vərəm doğuşun heç bir mərhələsinə təsir etmir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.
Onun sözlərinə görə, doğuşdan sonrakı dövr əksər hallarda əlverişli kursa malikdir:
"Ağciyər vərəmindən əziyyət çəkən analardan praktiki olaraq sağlam uşaqlar doğulur. Vərəmin hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlərə təsirinin spesifikliyi müəyyən edilməyib".
Direktor bildirib ki, vərəm zamanı vaxtından əvvəl doğuş 6% hallarda müşahidə olunur və gecikmiş doğuş son dərəcə nadirdir.
İ.Axundova sonda qeyd edib ki, doğuş aktının fiziologiyası yüksək sabitliklə xarakterizə olunur.
Rəylər