Leysan nəticəsində bəzi bölgələrdən keçən sel suları fəsadlar törətməkdə davam edir.
Oxu.Az xəbər verir ki, ötən gecə Qusarçaydan sel keçib.
Sel körpünü saxlayan dirəklərin özülündəki plitələri ovub.
Videonu təqdim edirik:
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti iyunun 17-si üçün bəzi ərazilərdə leysan olacağı, çaylardan sel keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Əvvəlki günlərdə də bir sıra bölgələrdəki çaylardan sel keçib, Şamaxının bir neçə kəndində fəsadlar yaradıb, Qubada körpü dağılıb.
Əzizə İsmayılova
Rəylər