2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə zəhərlənmə səbəbi ilə 74 nəfər qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Şöbəyə qəbul edilən xəstələrdən 32 nəfəri dərmandan, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrindən, bir nəfər qidadan zəhərlənən şəxslərdir.
Həmçinin, yeddi nəfər allergik reaksiya, altı nəfər ilan sancması, iki nəfər anafilaksiya səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dörd nəfər kişi cinsli, bir nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.
Rəylər