"Son zəng" - sevinc və kədəri özündə birləşdirən əlamətdar gündür.
Bu gün onbirincilər həyatın enişli-yoxuşlu yoluna doğru ilk addımlarını atırlar. Həyatlarının yeni mərhələsinə qədəm qoyurlar.
Ömrün ən qayğısız, duyğulu və bir o qədər də şirin məktəb illəri hər il iyun ayında 11-ci siniflər üçün "Son zəng" sədaları altında bitir.
Bu gün ölkəmizin bütün ümumtəhsil müəssisələrində "Son zəng" çalınıb. Çalınan zənglə onlar bu dəfə tənəffüs üçün dəhlizə yox, müstəqil həyat üçün yeni mərhələyə qədəm qoyublar.
Məzunlar "Son zəng" çalınandan sonra öz yoldaşları ilə gəzintiyə çıxıblar.
PhotoStock.Az-ın Bakı küçələrində məzunların gəzintisindən etdiyi fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az