"Sumqayıt-Pirşağı-Bakı qatarında yubanma 25 dəqiqə deyil, 6-8 dəqiqə arasındadır".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidmətindən verilib.
"Sumqayıtdan Bakıya hərəkət edən 6608 saylı qatarın qapısında texniki problem yaranıb. Bu səbəbdən sərnişinlər digər qatara köçürülüblər. Bu səbəbdən qatarların hərəkətində 6-8 dəqiqəlik yubanma qeydə alınıb. Üstəlik, stansiyalarda sıxlığın olması da qatarların yubanmasını qaçılmaz edir. Çünki sıxlıq səbəbindən qatarların qapıları vaxtında bağlanmadığı üçün təhlükəsizlik baxımından gecikmə yaranır.
Qeyd edək ki, Abşeron dairəvi xətti üzrə sentyabr ayının 16-na kimi gündəlik 30 minə yaxın sərnişin daşınıb. Yeni dərs ili başlanandan sonra isə qatarlara tələbat artıb və gündəlik daşınma sayı 37 min sərnişinə çatıb", - deyə açıqlamada vurğulanıb.
Sumqayıt-Pirşağı-Bakı qatarında texniki problem var: QATAR GECİKİR
Hazırda Sumqayıt-Pirşağı-Bakı qatarında yubanma qeydə alınır.
Oxu.Az xəbər verir ki, bələdçilər qatarın 25 dəqiqə gecikmə ilə hərəkətini elan ediblər.
Gecikmənin səbəbi ilə bağlı isə hər hansı bir məlumat verilməyib.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə sorğu ünvanlanıb.
Əzizə İsmayılova
Rəylər