Parklanma ilə bağlı SMS xidməti pullu olub. Belə ki, parkinq üçün SMS göndərəndə 10 qəpik xidmət haqqı tutulur.
Baku TV məsələ ilə bağlı sürücülərin mövqeyini öyrənib.
"Əvvəl SMS göndərəndə kontur çıxmırdı, amma indi 10 qəpik çıxır. Elə olmamalıdır", - sürücü deyib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, parklanmaya görə ödənişləri SMS-lə yanaşı, "Azparking" mobil tətbiqi üzərindən etmək mümkündür.
Ödəniş üsulu vətəndaşlar tərəfindən könüllü seçilir. SMS-lərin ödənişli olması ilə bağlı bildirilib ki, bu, mobil operatorlar tərəfindən tətbiq edilən komissiya haqqıdır, parklanmaya görə ödəniş deyil. Qeyd edək ki, "Azparking" mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur.
Ətraflı süjetdə:
Parklanma ilə bağlı SMS xidməti pullu olub. Belə ki, parkinq üçün SMS göndərəndə 10 qəpik xidmət haqqı tutulur.
Rəylər