Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Xətai rayonu Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Eyni zamanda, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub.
Rəylər