Bakıdan Antalyaya uçuş növbəti dəfə təxirə salınıb.
Oxu.Az xəbər verir ki, "Anadolu JET"ə məxsus təyyarə ilə uçuş saat 00:45-ə təyin edilib.
Qeyd edək ki, bu gün bilet alan yüzə yaxın sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportunda çətin anlar yaşayıblar.
Səbəb olaraq təyyarədə problem yarandığı bildirilir.
Qeyd edək ki, uçuş əvvəlcə saat 23:00-a təyin olunub.
Antalyaya səfər etmək üçün "Anadolu JET"dən bilet alan yüzə yaxın sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportunda çətin anlar yaşayıblar.
Bununla bağlı Oxu.Az-a onlardan biri məlumat verib.
Qeyd olunub ki, əvvəlcə sərnişinlər təyyarəyə minsələr də, sonradan onları düşürüblər.
"Səbəb kimi təyyarədə problem yarandığını göstərdilər. Başqa heç bir məlumat vermədilər. Nəticədə yüz nəfərə yaxın insan aeroportda qalmışıq. Dəqiq heç bir rəsmi məlumat verilmir. Yalnız saat 11:46-da bizə mesaj göndərilib ki, uçuş gecə saat 23:00-a təyin olunub", - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı "Anadolu JET"dən münasibət öyrənmək istəsək də, qurumla əlaqə yaratmaq mümkün olmadı.
Əzizə İsmayılova
Rəylər