Bakı Ali Neft Məktəbinin (BANM) Xətai korpusu yeni Ağ şəhər korpusuna köçürülüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı BANM-in rektoru Elmar Qasımov məlumat paylaşıb.
Rektor qeyd edib ki, yeni korpusda BANM-in davamlı təhsil fakültəsi, ingilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək:
"Eyni zamanda burada BANM-in nəzdində yeni liseyin yaradılması da nəzərdə tutulur".
Qeyd edək ki, Türkiyə-Azərbaycan Universiteti Bakının Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək. Bu il universitetə 90 tələbənin qəbulu nəzərdə tutulub.
Rəylər