"Unibank"ın bir sıra xidmətlərində problem yaranıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
"Unibank"dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda texniki problemlərlə əlaqədar bankın bir sıra sistem və xidmətlərinin ("UBank", UTM, POS-terminallar, "117" Çağrı Mərkəzi və s.) fəaliyyətində çətinlik müşahidə olunur:
"Əməkdaşlarımız problemin həlli ilə məşğuldurlar. Ən qısa zamanda sistem və xidmətlərin fəaliyyəti bərpa olunacaq".
Nəzrin Vahid
Rəylər