Xaçmaz rayonunun Niyazoba kəndində bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.
Hadisə nəticəsində 1959-cu il təvəllüdlü, Xaçmaz rayon sakini Qabil Əzizağa oğlu Əhmədov hadisə yerində ölüb.
Avtomobildə olan digər sərnişinlər, Xaçmaz rayon sakinləri - 1957-ci il təvəllüdlü Əkrəm Əhmədov, 1959-cu il təvəllüdlü Rəhilə Əhmədova və 1960-cı il təvəllüdlü Mafizə Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xaçmazda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var
Rəylər