Xızıda istirahət mərkəzində yanğın olub.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, rayonunun Yarımca kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 115 kvadratmetr olan mansard tipli kottecin yanar konstruksiyaları 45 kvadratmetr sahədə yanıb. Kottecin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rəylər