Ələt-Astara yolunun Salyan rayonu istiqamətində velosəfərə çıxan yapon turist on min kilometrdən çox məsafə qət edib.
O, müxtəlif ölkələrdən keçdikdən sonra Azərbaycan ərazisində səfərini davam etdirir.
Tatya adlı turist buradan digər Şərq ölkələrinə yönəlmək fikrindədir. O deyir ki, gecələri əsasən yol çadırında qalıb istirahət edir. Yolboyu ölkəmizin müxtəlif mədəniyyət abidələri, dağları, çayları və gözəl mənzərələri ilə tanış olur. İndi onun yolu cənub istiqamətinədir:
"Hazırda velosipedlə Azərbaycan ərazisində səyahət edirəm. Daha sonra İrana və Avropa ölkələrinə də getmək niyyətindəyəm, amma dayanmaq fikrində deyiləm. Avropa, Afrika və Cənubi Amerika ölkələrinə də getmək istəyirəm. Son olaraq da yenidən Yaponiyaya qayıdacağam. Bütün dünyanı bu formada tur etmək istəyirəm".
Daha ətraflı Baku TV-nin materialında:
Yapon velosipedçinin Azərbaycan sərgüzəştləri: "Bütün dünyanı bu cür gəzmək istəyirəm"
Rəylər