Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin eyvanı uçub, ətrafda təhlükəli vəziyyət yaranıb.
Məsələ ilə bağlı "Report"a Yasamal Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, Mədəniyyət Nazirliyinin balansında olan sözügedən bina qəzalı binalar sırasına daxil edilib.
Qeyd edilib ki, müvafiq qurumun ayırdığı vəsait əsasında binada yaşayan sakinlər oradan çıxarılaraq kirayə evlərə köçürülməlidir:
"O bina tam bərpa olunmalıdır. Qəzalı vəziyyətdə olduğu üçün bir neçə gün əvvəl gecə saatlarında hava şəraiti ilə əlaqədar binanın eyvanı çöküb. Hər hansı kənar müdaxilə olunmayıb. Sakinlərlə iki ildir danışıqlar aparılır, lakin binanın altında olan qeyri-yaşayış obyektləri köçməyə etiraz edirlər".
Rəylər