Yeddi aylıq hamilə qadını ilan sancıb.
Oxu.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb.
Bildirilib ki, 01.08.2024-cü il tarixində ilan sancmasından sonra vəziyyəti kəskin ağırlaşan 23 yaşlı, yeddi aylıq hamilə qadın Ağstafa rayonundan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Dərhal xəstəyə zəruri ilkin tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.
Daha sonra xəstə mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və paralel olaraq Reanimasiya və Ginekologiya şöbələrinin dəstəyi ilə pasiyentin intensiv müayinə və müalicəsi həyata keçirilib.
Artıq pasiyentin vəziyyəti stabilləşib və həyati təhlükəsi geridə qalıb.
Hazırda Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
Rəylər