Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ruhiyyə Ağanmədova məlumat verib.
O bildirib ki, övladı avqustun 15-i ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb.
"Ümidin yeddi yaşı var, avqustun 15-i həyətdə oynayarkən qaynar vedrəni üzərinə aşırdıb. Nəticədə onun ayaqları, qolları ağır dərəcədə yanıb. Bizi həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Bir müddət orda müalicə aldıqdan sonra, evimizə çıxdıq".
Ruhiyyə Ağanmədova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Ümidin mazlarını və dərmanlarını almaq üçün hazırda 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirik. İnanın bu günlər ərzində əlimizdə olanları onun müalicəsi üçün vermişik. İndi isə buna gücümüz yoxdur".
Ailə ilə əlaqə: (055) 952-50-89.
Uni Bank: 5243 7544 4323 0709.
Rəylər