Zaqatalada 14 yaşlı oğlanı maşınla vuraraq öldürən şəxs qazi imiş.
OxuAz-ın əldə etdiyi məlumata görə, Abdulla Ömərov Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, hadisə iyunun 22-də baş verib. Abdulla Ömərov idarə etdiyi "Toyota Prius" markalı maşınla Zaqatala şəhəri Anar Həmidov küçəsində 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasovu vurub.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Alxasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib.
Ə.Alxasov dörd gün sonra aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Rəylər