Xalq artisti Brilliant Dadaşova Azərbaycanın əsas avtomobil yollarında insanlara komfortlu xidmət etməsi planlaşdırılan "Yolüstü" layihəsinin siması seçilib.
Bənzərsiz ulduz marka üçün gerçəkləşdirilən reklam çarxında uzun yollarda xoşbəxtlik axtarışında görünür. Günün sonunda isə onun gəldiyi nəticə belədir: Xoşbəxtlik yolun sonunda yox, "Yolüstü"dədir.
Qeyd edək ki, dünya praktikasında istifadə edilən və cəmiyyətə daha lakonik xidmət təklif edən "Yolüstü" layihəsinin 50-yə yaxın məntəqəsi fəaliyyət göstərəcək.
Hazırda 6 məntəqə fəaliyyətdədir:
1. Qobustan rayonu, Cəngi kəndi, 58-ci km
2. Qobustan rayonu, Mərəzə kəndi, 88-ci km
3. Qax rayonu, Güllük kəndi, 353-cü km
4. Zaqatala rayonu, Qazangül kəndi, 378-ci km
5. Qəbələ rayonu, Nic kəndi, 233-cü km
6. Salyan rayonu, Kürsəngi kəndi, 97-ci km
Yaxın günlərdə isə 14 məntəqə tam fəaliyyət göstərəcək.
"Yolüstü" məntəqələrində müxtəlif kombinasiyaların birləşməsi nəzərdə tutulub. Burada kafe, parklama, ibadət otaqları, uşaq zonaları, elektrikli avtomobillər üçün şarj mərkəzləri, "WiFi", tualet və başqa xidmətlər göstəriləcək. Ödənişləri nağd və ya kartla ödəməyiniz mümkün olacaq.
Sözügedən layihə "Mer Group" tərəfindən gerçəkləşdirilir
Brilliant Dadaşova "Yolüstü"nün siması oldu!
Rəylər