Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlin ikinci "CulTech" hakatonuna start verilir
Texnologiya və mədəniyyətin kəsişdiyi, kreativliklə dolu unikal platforma sizi gözləyir!
14-15 dekabr 2024-cü il tarixlərində baş tutacaq "CulTech" hakatonu növbəti dəfə Azərbaycanı mədəniyyət və texnologiyanın yenilikçi birgəliyinə şahid edəcək. Bu tədbir, yaradıcı sənayelərdə qarşıya çıxan problemlərə innovativ həllər axtarmaq və gənc istedadların potensialını ortaya çıxarmaq üçün unikal fürsət təqdim edir.
Mədəniyyət sahəsində fəaliyyət göstərmək və öz kreativ bacarıqlarını nümayiş etdirmək istəyən gənclər və komandalar üçün əvəzsiz bir platforma olan "CulTech" hakatonuna daxildir:
- 48 saatlıq intensiv iş - peşəkar mentor dəstəyi ilə məhsul ideyanızı prototip mərhələsinə çatdırmaq üçün birgə çalışma;
- Yenilikçi layihələr hazırlamaq şansı - mədəniyyət sahəsində aktual problemlərə yaradıcı həllər təqdim etmək;
- Təcrübəli münsiflərin qarşısında təqdimat - tədbirin sonunda layihələrinizi münsiflər heyətinə təqdim etmək və qaliblər sırasında olmaq şansı.
Qalibləri gözləyən mükafatlar:
1-ci yer: Simsiz qulaqlıq "Apple AirPods 4 White"
2-ci yer: "Sergio Tacchhini" ağıllı saat
3-cü yer: "PowerBank" 20k mAh
Qeyd edək ki, komanda üzvlərinin hər birinə bir ədəd hədiyyə olunacaq.
"CulTech" hakatonu sizə müxtəlif sahələrdən peşəkarların dəstəyini qazanaraq layihələrinizi həyata keçirmək üçün unikal bir təcrübə təqdim edir.
Tədbir Haqqında Əsas Məlumatlar:
Tarix: 14-15 Dekabr 2024
Məkan: Yaradıcı Mərkəz, Mehdi Mehdizadə küçəsi 29, Xətai rayonu, Bakı
Qeydiyyat linki: https://forms.gle/K8e7UKU9dFuH2mV47
Əlaqə: [email protected]
"CulTech" hakatonu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə, "SUP.VC" tərəfindən təşkil edilir.
Kreativliyə doğru ilk addımını atmağa hazırsan? O zaman bu fürsəti qaçırma və qeydiyyatdan keç!
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Bakının mərkəzində illərdir gizli qalan tarixi abidə
- Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ
- COP29 çərçivəsində Azərbaycan pavilyonunda "İqlim üçün mədəniyyət" adlı tədbir keçirilib
- Mədəniyyət naziri Adil Kərimli türkiyəli həmkarı ilə görüşüb
- "CineMastercard" kinoteatrında "Tağıyev: Neft" filminin təqdimatı keçirilib
Rəylər