"Kontakt" mağazalar şəbəkəsinin avtomobil və lüks mənzil uduşlu "Şeş-Qoşa" kampaniyası bu il üçün sona yaxınlaşır. Belə ki, kampaniyanın bitməsinə bir neçə gün qalıb - bu mükafatların sahibi olmaq üçün son gün 31 oktyabrdır.
Artıq üç aydır böyük maraqla davam edən kampaniyada indiyə qədər iştirak edən şanslılar 731 452 manat dəyərində uduş məbləğini geri qazanıblar. Ən əsası, 2 şanslı müştəri ən yeni "Toyota Corolla Cross" avtomobillərinin sahibi olub. Bununla belə, yenə həyəcanlandıran məqamlar qarşıdadır: çünki hazırda 9 finalçı "Toyota Corolla Cross" avtomobilinə və "Sea Breeze"dən lüks mənzilə sahib olmaq üçün böyük şans əldə edib.
Son üç gün fürsətlərindən yararlanmaq istəyən hər kəs üçün bildirək ki, kampaniya "Kontakt"ın ölkə üzrə bütün mağazalarında keçirilir. Hətta hər kəsin kampaniyadan rahatlıqla faydalana bilməsi üçün həm nağd, həm də kreditlə alışlara şamil edilir.
Qeyd edək ki, kampaniyanın yekun tədbiri Bakı şəhərindəki mağazaların birində həyata keçiriləcək və bölgə sakinlərinin iştirakı da təmin ediləcək.
Sizin də bu unikal kampaniyaya qoşulmaq üçün əlinizdə son bir neçə gün var. Odur ki, "Kontakt" mağazalarına gəlin, "Şeş-Qoşa" kampaniyasının son günlərində iştirak edin və ilin böyük mükafatlarının - 2024 model "Toyota Corolla Cross" avtomobili və dəniz mənzərəli "Sea Breeze"dən mənzil sahibi olma şansını qaçırmayın!
Rəylər