"SABAH.HUB" İnnovasiya Mərkəzi iki il yarımdır ki, yaranmasına baxmayaraq Azərbaycan innovasiya ekosistemində mühüm yer tutur. "SABAH.HUB" İnnovasiya Mərkəzi fəaliyyətini əsasən aşağıdakı üç istiqamət üzrə aparır:
"SABAH.academy" - ali təhsil müəssisələrində təhsil platforması olaraq sahibkarlıqla bağlı tədris proqramı;
"SABAH.incubation" - startap ideyası olan komanda və individualların ideyasını reallaşdırmağa dəstək olan inkubasiya proqramı;
"SABAH.lab" - startapların inkişaf və investisiya almasına dəstək olan akselerasiya proqramı.
Aktiv fəaliyyəti davam etdirən "SABAH.HUB" İnnovasiya Mərkəzi son günlərdə bir sıra yeniliklərə imza atıb. Mərkəz artıq ənənəyə çevrilmiş "STARTUP CAFE" tədbiri çərçivəsində yeni ofisinin açılışını, rəsmi www.sabahhub.com veb-saytının yenilənməsini və yeddinci kohort komandaları üçün növbəti "Demo Day" tədbirinin keçirilməsini qeyd edib.
"STARTUP CAFE" tədbiri həm "SABAH.HUB" startaplarının, həm də yerli innovasiya ekosisteminin nümayəndələrinin iştirakı ilə baş tutub. "STARTUP CAFE" tədbirində iştirakçılar innovasiya və sahibkarlıq sahəsində təcrübələrini bölüşərək qarşılıqlı əlaqələr qurublar və potensial əməkdaşlıqlar haqqında müzakirələr aparıblar. Bu tədbir yeni ofisin açılışına xüsusi olaraq təşkil olunmuş və iştirakçılara "SABAH.HUB" innovasiya ekosisteminə verdiyi dəstəyi bir daha nümayiş etdirmək məqsədi daşıyır.
"SABAH.HUB" İnnovasiya Mərkəzi, yeni ofisinin açılışı ilə yanaşı, rəsmi sabahhub.com veb-saytını da yeniləyib. Yeni dizayn və funksional imkanlarla təmin edilmiş veb-sayt, istifadəçilərə unikal və daha funksional həllər təqdim edir. Veb-saytın yeni versiyası vasitəsilə həm startaplar, həm də digər maraqlı tərəflər "SABAH.HUB"ın fəaliyyəti, xidmətləri və yenilikləri haqqında daha ətraflı məlumat əldə edə bilərlər. Yenilənmiş veb-sayt, istifadəçilərin ehtiyaclarını qarşılamaq və onlara daha yaxşı xidmət göstərmək məqsədi ilə optimallaşdırılıb.
Növbəti yenilik olaraq 17 may tarixində "SABAH.HUB", yeddinci kohort akselerasiya proqramının startapları üçün "Demo Day" tədbirini keçirib. Tədbirdə yerli və beynəlxalq investorlar, startap komandalar və digər qonaqlar çıxış edib. Tədbir "Baku ID" tədbiri öncəsi hazırlıq xarakteri və mövcud vəziyyətə əsasən ilkin investisiya cəlbi daşıyıb.
Ətraflı məlumat əldə etmək və yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına daxil ola və rəsmi sosial media kanallarını (www.facebook.com, www.instagram.com, www.linkedin.com) izləyə bilərsiniz.