ABŞ hakimiyyəti Nigerin paytaxtı Niameyin yaxınlığında yerləşən bazadan öz hərbi qüvvələrini çıxarmağı başa çatdırıb.
Bu barədə iki ölkənin müdafiə nazirliklərinin birgə bəyanatında məlumat verilib.
"Niger və ABŞ Silahlı Qüvvələri arasında səmərəli əməkdaşlıq və ünsiyyət sayəsində bu əməliyyat vaxtından əvvəl və heç bir çətinlik olmadan başa çatdırılıb", - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, ABŞ 101 saylı hava bazasından öz hərbi qulluqçularını və avadanlıqlarını çıxarıb. Bu baza altı il əvvəl tikilib, "Washington Post"un məlumatına görə, onun tikintisinə 110 milyon dollar sərf olunub.
Xatırladaq ki, iyunun 8-də ABŞ-nin Nigerdən qoşunlarını və hərbi texnikasını çıxarmağa başladığı məlum olmuşdu. Qeyd olunur ki, tərəflər qüvvələrin çıxarılmasını 15 sentyabra qədər başa çatdırmaq niyyətindədirlər. ABŞ-nin Afrika Komandanlığı vurğulayıb ki, qoşunların çıxarılmasından sonra iki dövlət arasında münasibətlərin inkişafı dayandırılmayacaq, çünki hər iki tərəf diplomatik dialoqa sadiqdir.
Mənbə: İz.ru
Rəylər