ABŞ tarixində ilk dəfə azotla edam həyata keçiriləcək. Ölüm hökmünün icrası yanvar ayının 25-nə planlaşdırılıb.
Bildirilir ki, 58 yaşlı Kennet Yucin Smit 1988-ci ildə keşişin arvadını öldürməkdə təqsirli bilinib. Qadının ölümünü borclarını ödəmək üçün sığorta ümidi ilə əri sifariş edibmiş.
Qeyd edək ki, bir il əvvəl o, inyeksiya ilə edam edilməli idi, lakin prosedur uğursuz olub - Smitin venasına kateter yerləşdirmək mümkün olmayıb.
İndi ikinci cəhdin həyata keçirilməsinə qərar verilib. Məhkum huşunu itirib ölənə qədər yalnız azotla nəfəs almağa məcbur olacaq.
Metodun tərəfdarları bunun ağrısız olduğunda israrlıdırlar, lakin əleyhdarlar onu insan üzərində təcrübələrlə müqayisə edirlər.
Mənbə: NBC News
Rəylər