ABŞ-nin Merilend ştatında məktəbdə bir yeniyetmə digərinə atəş açıb, nəticədə 15 yaşlı yeniyetmə ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Atışma Coppadakı məktəb tualetində baş verib. Səlahiyyətlilərin bildirdiyinə görə, atəş açılan şagird digər məktəblilər tərəfindən tualetdən çıxarılaraq tibb bacılarına və direktora təhvil verilib.
Daha sonra xəstəxanaya çatdırılan yeniyetmə orada ölüb.
Cinayəti törətməkdə şübhəli bilinən bu məktəbin 16 yaşlı şagirdi saxlanılıb. Polisin məlumatına görə, o, mübahisə zamanı 15 yaşlı oğlanı güllələyib, bundan sonra təhsil müəssisəsinin yaxınlığındakı evlərdə gizlənməyə cəhd edib, lakin yaxalanıb. Polis şübhəlinin atəş açdığı silahı tapmayıb.
Rəylər