Alabama ştatında 58 yaşlı Kennet Smit azot qazı ilə edam edildikdən sonra ABŞ-nin daha bir ştatı bu cür edamı qanuniləşdirməyə hazırlaşır.
Ohayo ştatının rəsmiləri eyni şəkildə edama icazə verən qanun layihəsi təqdim ediblər.
1988-ci ildə Alabama ştatında törədilən qətl üzrə məhkum edilən Kennet Smit ilk dəfə tətbiq edilən bir üsulla yanvarın 25-də edam olunub. Smitə maska vasitəsilə nəfəsi dayanana qədər azot qazı verilib.
Bundan sonra Ohayo ştatının baş prokuroru Deyv Yost, nümayəndələr Fil Plammer və Brayn Styuart keçirdikləri mətbuat konfransında edamların azot qazı ilə həyata keçirilməsini nəzərdə tutan qanun layihəsini ştat parlamentinə təqdim etdiklərini açıqlayıblar.
“Alabama məhkumun edam edilməsi üçün azotdan uğurla istifadə etdi. Geniş yayılmış və istehsalı asan olan azot bəlkə də öldürücü inyeksiya üçün dərman tapılmaması problemini aradan qaldıra bilər”, - deyə Ohayo ştatının baş prokuroru Dave Yost bildirib.
Ölüm cəzası ilə bağlı məlumatların təmin edilməsi ilə məşğul olan Ölüm Cəzası İnformasiya Mərkəzinin məlumatına görə, hazırda Ohayo ştatında 129 nəfər ölüm hökmünə məhkum edilib.
Mənbə: Haber Global
Rəylər